...

Dünya maliyyə böhranı Rusiyanı Xəzər dənizindən yanacaq idxalına məcbur edə bilər - "Avroqaz"ın prezidenti

Energetika Materials 18 Noyabr 2008 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir A.Bədəlova/ Dünya maliyyə böhranı və maliyyələşmə təminatında yaranan çətinliklər Rusiyanı getdikcə daha çox Xəzər dənizi və Mərkəzi Asiya bölgəsindən yanacaq idxalına bel bağlamağa vadar edə bilər, - "Avroqaz"ın prezidenti Dominiko Dispentsa çərşənbə günü Moskvada VI "Rusiya qazı" beynəlxalq forumundakı çıxışında deyib.

Onun sözlərinə görə, Rusiyanın bəzi layihəçiləri digər təchizatçılarla müqayisəldə əlverişli duruma düşə bilərlər, amma maliyyə böhranı tez-gec qaz layihələrinə təsirini göstərəcək.

"Dünyanın digər bölgələrində olduğu kimi, Rusiyada da qaz hasilatında və nəqlində yenidən paylaşdırma baş verəcək. Maliyyələşmənin yeni dalğalarında təminat çətinlikləri uzunmüddətli fəsadlar yarada bilər", - Dispentsa "Vesti" telekanalı ilə canlı yayımlanan çıxışında bildirib.

Dispentsa Avropaya rus qazını ötürən ölkələrin inamsızlığını qaz nəqlini mürəkkəbləşdirən digər element hesab edir.

"Belə ölkələr ən çox kredit böhranından zərər çəkiblər. Onların milli büdcə problemləri Avropaya nəqllə bağlı çətinliklərə potensial ola bilər", - Dispentsa vurğulayıb.

Müəlliflə əlaqə ünıvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti