Azərbaycan, Bakı, 30 noyabr / Trend S.Əliyev/ Azərbaycanın Salyan rayonunda qaz buruğunda şənbə günü axşam başlamış yanğının qarşısı alınıb. Bunu neft sənayesindəki mənbə deyib.
"Qaz quyusunda təzyiq aşağı düşüb və nəticədə bu yanğını söndürməyə imkan verib", - deyə yanğınsöndürmə işlərinə yaxın olan mənbə bildirib.
Onun sözlərinə görə, qaz buruğu istismar üçün yararlıdır. Bunun üçün xüsusi komissya yaradılıb. Həmin komissiya onun neft quyusuna çevrilməsi ilə məşğul olacaq.
"Hazırda ərazinin təmizlənməsi işləri aparılır. Yanğın insan tələfatına səbəb olmayıb. Yalnız quyunun məhv edilməsi üçün istifadə olunan avadanlıq yararsız hala düşüb", - deyə mənbə bildirib.
Buruq "Kürsəngi-Qarabağlı" yatağında hasilatla məşqul olan Səlyan Oil şirkəti tərəfindən məhv edilmək üçün SOCAR-ın (Azərbaycanın Dövlət Neft Şirkəti) balansına verilib.
Buruğun məhvi həyata keçirildiyi zaman qazın təzyiqi artıb, nəticədə qaz sızması olub və yanğın baş verib.
Yanğın Salyan Oil şirkətinin neft hasilatına təsir etməyib. Hazırda "Kürsəngi-Qarabağlı" yatağında sutkalıq neft hasilatı 850 tonn təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]