...

SOCAR Rusiyanın Novorossiysk limanından neft partiyasının satışına dair növbəti tenderi elan edib

Energetika Materials 26 Fevral 2009 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend /

SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Rusiyanın Novorossiysk limanından REBCO markalı neft partiyasının satışına dair növbəti tenderi elan edib. Bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir.

Məlumatda bildirilir ki, 600 min barel həcmində neft partiyası martın 29-30-da göndəriləcək. Tenderə fevralın 27-də yekun vurulacaq və nəticələr martın 2-də açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti