...

May ayında BTC neft kəməri ilə Qazaxıstan nefti ixracı azalacaq

Energetika Materials 16 Aprel 2009 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend /

Amerika-Qazaxıstan birgə müəssisəsi olan Tengizchevroil mayda Türkiyənin Ceyhan limanından aprel ayında göndərilən 1,6 mln. barel neftə nisbətdə 60 min barel Qazaxıstan nefti ixrac edəcək. Nəql olunacaq neft "Tengiz" yatağından hasil edilir.

Trend -a Energy Intelligence Group tərəfindən təqdim olunan nəql cədvəlinə əsasən, Tengiz neftinin yalnız bir partiyası mayın 19-21-də Ceyhandan tədarük odlunacaq.

Amerikanın ChevronTexaco şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tengiz neftinin nəqlinə 2008-ci ilin əvvəlində başlayıb. Sazişə əsasən, Tengiz nefti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri, həmçinin dəmiryolu vasitəsilə Gürcüstanın Kulevi və Batumi limanlarına nəql olunacaq. ChevronTexaco Qazaxıstanın Tengiz yatağının operatorudur.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 km-dır. Boru kəmərinin 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir

Boru kəmərinin tikintisinə 2003-cü ilin aprelində, onun neft ilə doldurulmasına isə 2005-ci il 18 may tarixində başlanılıb.

"BTC Co"nun səhmdarları: BP (30,1 faiz); "AzBTC" (25 faiz); "Chevron" (8,9 faiz); "StatoilHydro" (8,71 faiz); "TRAO" (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,5 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Hess" (2,36 faiz).

Gürcüstanın Qara dəniz Kulevi yatağının sahibi ARDNŞ, Batuminin isə "KazMunayQaz" şirkətləridir.

Xəbər lenti

Xəbər lenti