...

SOCAR ilin sonuna qaz proqramı çərçivəsində yeni obyektin tikintisini başa çatdıracaq

Energetika Materials 30 İyun 2009 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir E.İsmayılov /

İlin sonuna qədər Heydər Əliyev adına Dərin Özüllər Zavodu "Günəşli" dəniz yatağında ikibloklu qaz platformasının bloklarından birinin tikintisini başa çatdırmağı planlaşdırır. Bu gün SOCAR-dan olan mənbə bildirib.

"Bloklardan birinin tikintisi üzrə işlər hazırda davam etdirilir. İşlərin yarısı artıq görülüb və blokun bu ilin sonuna qədər hazır olacağı güman edilir", - mənbə bildirib.

Bu platformanın bir bloku SOCAR-ın "Neft-Qaz tikinti" tresti tərəfindən artıq tikilib. Bu blokda təmir işlərinin aparılması mümkündür.

Əvvəllər şirkətdən digər mənbənin verdiyi məlumata görə, SOCAR-ın yeni ikibloklu texnoloji platformasının tikintisi 2010-cu ildən tez olmayaraq başlayacaq. SOCAR-ın Dalğıc İdarəsi yeni platformanın quraşdırılması üçün dəniz dibinin tədqiqatını artıq başa çatdırıb. Əldə edilmiş məlumatlar qısa müddətdə "SOCAR" yanında fəaliyyət göstərən Neft-Qaz Layihəsi İnstitutuna təqdim ediləcək.

Yeni texnoloji platformanın hündürlüyü 92 metr təşkil edəcək. Bu platformada "28 may" Neft-Qaz Hasilat İdarəsinin qaz-lift sistemi quraşdırılacaq.

Bu platforma böyük obyektlərdən biridir və onun SOCAR-ın qaz proqramı çərçivəsində 2009-cu ildə istismara verilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti