Azərbaycan, Bakı, 05 oktyabr / Trend /
Bakı və Vaşinqton arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin rəsmi hökumət və özəl sektorun nümayəndələri səviyyəsində Azərbaycanda dövlət və regional enerji məsələlərini müzakirə etmək məqsədilə Birləşmiş Ştatların energetika nazirinin müavini Deniel Pounmenin başçılıq etdiyi Amerika nümayəndə heyəti Bakıda səfərdədir. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyindən bazar günü verilən məlumatda deyilir.
Pounmenin ABŞ-ın energetika nazirinin müavini vəzifəsinə namizədliyi Prezident Barak Obama tərəfindən aprelin 20-də irəli sürülüb və Senat tərəfindən mayın 19-da təsdiq edilib.