...

ARDNŞ su təmizləmə qurğularından sitifadəni genişləndirir

Energetika Materials 27 Fevral 2010 17:27 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu il Bibiheybət Neft Qaz Çıxarma İdarəsi (NQÇİ) ərazisində əsas təmizləmə işlərini başa çatdırmağı planlaşdırır. Bu barədə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev şənbə günü deyib.
ARDNŞ su təmizləmə qurğularından sitifadəni genişləndirir

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu il Bibiheybət Neft Qaz Çıxarma İdarəsi (NQÇİ) ərazisində əsas təmizləmə işlərini başa çatdırmağı planlaşdırır. Bu barədə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev şənbə günü deyib.

"Bu il proqramlar çərçivəsində Bibiheybətdə əsas təmizləmə işlərini başa çatdırmaq planlaşdırılır", - Abdulayev deyib.

Abdullayevin sözlərinə görə, NQÇİ ərazisində kanalizasiya və təbəqə sularının axıdıldığı göllərin qurudulmasından və NQÇİ ərazisinə yeni təmizləmə qurğularının yerləşdirilməsindən sonra bu ərazidə çirklənmiş torpaq qalmayacaq.

Şirkətin qarşısında duran əsas problem təbəqə sularıdır, lakin hazırda Bibiheybət ərazisindəki təbəqə suları şirkət tərəfindən nə dənizə nə də quruya axıdılır. Xüsusi qapalı sistemin yaradılmasından sonra ARDNŞ həmin suları geriyə, təbəqəyə doldurur. Hazırda NQÇİ ərazisinə ancaq yaşayış məntəqələrindən xüsusilə də Badamdar qəsəbəsindən kanalizasiya suları axıdılır. Lakin ARDNŞ Bibiheybət ərazisində təmizləyici qyrğular qurulması layihəsi çərçivəsində "Azərsu" SC ilə birlikdə işləyir ki, bu da kanalizasiya sularının təmizlənməsinə imkan verəcəck, təmizlənmə nəticəsində əldə ediləcək sular isə şirkətin ehtiyacları üçün itifadə olunacaq. Həmin sular xüsusilədə NQÇİ ərazisində əkiləcək təxminən 100 min ağacın suvarılmasına istiqamətlənəcək.

Abdullayevin sözlərinə görə, bu cür təmizləmə qurğuları şirkət tərəfindən Pirallahı adasında tətbiq edilir və kanalizasiya sularının təmizlənməsi nəticəsində əldə olunan sular suvarma və texniki məqsədlər üçün istifadə olunur.

Ümumilikdə şirkət bu il ekoloji layihələrin həyata keçirilməsinə təxminən 50 milyon manat xərcləməyi planlaşdırır. "Ekologiya sahəsi şirkətin fəaliyyətində prioritetdir. Biz bu il ekoloji layihələrin həyata keçirilməsinə təxminən 50 milyon manat xərcləməyi planlaşdırırıq", - Abdullayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti