...

ARDNŞ-in Gürcüstandakı neft terminalı öz fəaliyyətində şəffaflığı təmin edir

Energetika Materials 13 Mart 2010 10:35 (UTC +04:00)
ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi (Gürcüstan) Qara dəniz neft terminalı sənədləşmənin və maliyyə əməliyyatlarının şəffaflığı əsasında işləyir; iş proseduru beynəlxalq, milli və yerli qaydalara uyğundur. Bu barədə terminalın rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
ARDNŞ-in Gürcüstandakı neft terminalı öz fəaliyyətində şəffaflığı təmin edir

Azərbaycan, Bakı, 12 mart / Trend /

ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi (Gürcüstan) Qara dəniz neft terminalı sənədləşmənin və maliyyə əməliyyatlarının şəffaflığı əsasında işləyir; iş proseduru beynəlxalq, milli və yerli qaydalara uyğundur. Bu barədə terminalın rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Terminalda iş prosesi bütün ərazi boyu quraşdırılmış kameraların müşahidəsi ilə işləyir. Terminalda gömrük fəaliyyətinə yardım məqsədilə kameraların sayı artırılıb. Bu, onlayn rejimində zəruri informasiyanın terminalda yerləşdirilmiş server vasitəsilə Maliyyə Nazirliyinə ötürülməsinə imkan yaradır.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktik olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin boşaldılıb-yüklənməsinin ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsü nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman dəmir yolu stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmir yolu estakadalarında eyni vaxtda 168 vaqon-sistern boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti