...

ТАР Azərbaycan qazının Avropaya ixracı üçün daha optimal layihədir - EGL Şirkəti idarə heyətinin üzvü

Energetika Materials 12 May 2010 14:00 (UTC +04:00)
Transadriatik Boru Kəməri (ТАР) iqtisadi baxımdan Azərbaycan qazının Avropaya ixracı üçün daha optimal layihədir. İsveçrənin EGL Şirkəti idarə heyətinin üzvü Markus Brokhof belə hesab edir. "Azərbaycan öz qazını iqtisadi baxımdan daha sərfəli şərtlərlə satmaq istəyir, indiki halda isə TAP daha optimal layihədir", - Brokhof çərşənbə gün Bakıda Sənaye və Energetika Nazirliyindəki görüş zamanı bildirib.
ТАР Azərbaycan qazının Avropaya ixracı üçün daha optimal layihədir - EGL Şirkəti idarə heyətinin üzvü

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir E.İsmayılov/

Transadriatik Boru Kəməri (ТАР) iqtisadi baxımdan Azərbaycan qazının Avropaya ixracı üçün daha optimal layihədir. İsveçrənin EGL Şirkəti idarə heyətinin üzvü Markus Brokhof belə hesab edir. "Azərbaycan öz qazını iqtisadi baxımdan daha sərfəli şərtlərlə satmaq istəyir, indiki halda isə TAP daha optimal layihədir", - Brokhof çərşənbə gün Bakıda Sənaye və Energetika Nazirliyindəki görüş zamanı bildirib.

İsveçrə nümayəndə heyəti üzvlərinin fikrincə, Azərbaycanla Türkiyə arasında qaz məsələsi üzrə razılaşmanın yekun nəticələri, eləcə də TAP layihəsi çərçivəsində yaxın bir neçə ayda Azərbaycan qazının Avropa bazarlarına nəqli ilə bağlı vəziyyətə aydınlıq gətirilməsinə imkan verəcək.

Cənub dəhlizinin bir hissəsi olan Transadriatik Boru Kəməri Xəzər dənizindən və Yaxın Şərqdən qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Qaz kəməri öz başlanğıcını Yunanıstandan götürəcək, Albaniya ərazisindən və Adriatik dənizindən keçəcək, daha sonra İtaliyayadək uzanacaq. Kəmərin uzunluğu 520 kilometrdir. Onun ilkin buraxılış qabiliyyəti 10 milyard kubmetr, maksimum buraxılış qabiliyyəti isə ildə 20 milyard kubmetrdir. Norveçin "Statoil" və İsveçrənin EGL şirkətləri layihənin səhmdarlarıdır.

Brokhofun sözlərinə görə, mayın sonunadək EGL şirkəti Bakıda nümayəndəliyini açmağı planlaşdırır, hazırda qeydiyyat və sənədləşmə üzrə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti