...

Novorossiysk limanı ilə neft daşınmaları 5 faizdən çox azalıb

Energetika Materials 14 Dekabr 2010 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-noyabr aylarında Rusiyanın Novorossiysk beynəlxalq dəniz limanı tərəfindən 38,4 milyon ton neft daşınıb. 2009-cu ilin yanvar-oktyabr aylarında bu göstərici 40,6 milyon tona yaxın təşkil edib. Bu barədə limanın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

"Novorossiysk Dəniz Ticarət Limanı" ASC yanvar-noyabr aylarında 11,5 milyon tona yaxın neft məhsulları daşıyıb. 2009-cu ilin analoji dövründə bu göstərici 12 milyon ton təşkil edib.

Ümumilikdə yanvar-noyabr aylarında liman tərəfindən 74,56 milyon tona yaxın müxtəlif yüklər daşınıb. 2009-cu lin analoji dövründə bu göstərici 78,8 milyon tona yaxın təşkil edib.

ARDNŞ Novorossiysk limanı vasitəsilə şəxsi neftinin daşınmasını həyata keçirir. Yanvar-noyabr aylarında ARDNŞ Bakı-Novorossiysk boru kəməri üzrə 2,07 milyon ton neft ixrac edib. Bu göstərici 2009-cu ilin analoji dövründə 2,34 milyon ton təşkil edib. Noyabrda Novorossiysk limanından 294 min tona yaxın neft ixrac olunub. Bu göstərici 2009-cu ilin eyni dövründə 239 min ton təşkil edib.

ARDNŞ 2009-cu ildə Bakı-Novorossiysk boru kəməri ilə 2,5 milyon tona yaxın neft ixrac edib. 2008-ci ildə bu göstərici 1,2 milyon ton olub. 2007-ci ildə bu marşrut üzrə 1,2 milyon ton neft ixrac olunub ki, bu da 2006-cı ilin analoji dövrü ilə eynidir. 2005-ci ildə Bakı-Novorossiysk vasitəsilə ixrac 1,6 milyon ton neft təşkil edib.

Novorossiysk Qara dəniz ticarət limanının yükdaşımaları üzrə ümumi cədvəl:

Yanvar-noyabr, 2010

Yanvar-noyabr, 2009

Fərq

Min ton

Min ton

%-lə

Ümumi yük dövriyyəsi

74 562,7

78 802,9

-4 240,2

-5,4

Maye yüklər (cəmi)

50 528,2

53 343,5

-2 815,4

-5,3

Xam neft

38 411,5

40 586,8

-2 175,4

-5,4

Neft məhsulları

11 516,8

11 993,2

-476,4

-4

Xəbər lenti

Xəbər lenti