...

Yanvarda ARDNŞ 4,5 milyon barelə yaxın neft hasil edib

Energetika Materials 18 Fevral 2011 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Yanvarda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz çıxarma idarələri ölkənin offşor və onşor yataqlarında 4,5 milyon barelə yaxın neft (611,8 milyon tona yaxın) hasil ediblər. 2010-cu ilin yanvar ayında bu göstərici 4,6 milyon barelə yaxın (624,6 min ton) olub. Bu barədə cümə günü ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-nin xarici şirkətlərlə birgə layihələrinin payına 1,1 milyon bareldən çox neft düşür. Bunun 202,31 min bareli əməliyyat şirkətlərinin, 832,7 milyon barelə yaxını "Azəri-Çıraq-Günəşli" layihəsinin, 56,44 min bareli "Şahdəniz" yatağından qaz-kondensatın payına düşür.

Yanvar da ARDNŞ 601,5 milyon kubmetr yaxın qaz alıb. Ötən ilin analoji dövrü üçün bu göstərici 669 milyon kubmetr təşkil edib. Həmin dövrdə ARDNŞ-nin neft-qaz çıxarma idarələri 572,7 milyon kubmetr qaz hasil edib. Quruda qaz hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri yanvar-iyun aylarında ARDNŞ-ə 19,6 milyard kubmetrə yaxın qaz veriblər.

Bu ilin yanvar ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında ARDNŞ üçün 307,6 milyon kubmetr səmt qazı hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici 250,1 milyon kubmetr təşkil edib.

Azərbaycanda 59 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanları quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti