...

ARDNŞ ilə uzunmüddətli saziş Gürcüstanın enerji təhlükəsizliyini təmin edir - Baş nazir

Energetika Materials 22 Mart 2011 14:06 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə uzunmüddətli - beşillik sazişin bağlanması Gürcüstanın enerji təhlükəsizliyinin əsasıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı parlamentdə Baş nazir Nika Qilauri bəyan edib.
ARDNŞ ilə uzunmüddətli saziş Gürcüstanın enerji təhlükəsizliyini təmin edir - Baş nazir

Gürcüstan, Tbilisi, 22 mart /Trend, müxbir N.Kirsxaliya/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə uzunmüddətli - beşillik sazişin bağlanması Gürcüstanın enerji təhlükəsizliyinin əsasıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı parlamentdə Baş nazir Nika Qilauri bəyan edib.

"Bu saziş Gürcüstan üçün təkcə tariflər baxımından deyil, həm də qaz tədarükünün balansı baxımından sərfəlidir, çünki Azərbaycanın özünü çıxmaq şərtilə, biz qazı regionda hamıdan ucuz alırıq", - o qeyd edib.

Qilauri deputatlara məlumat verib ki, son on gün ərzində İnquri SES işləməsə də, bu, Gürcüstanın enerji təminatına təsir göstərməyib. "Bu, Gürcüstana çatışmayan 500-600 milyon kubmetr qazı tədarük edən ARDNŞ ilə saziş sayəsində baş verib", - o vurğulayıb.

Baş nazir bildirib ki, Gürcüstana "Şahdəniz" yatağından və Rusiyadan Ermənistana edilən tranzitdən əldə edilən qaz daxili ehtiyacları üçün kifayət etmir. "Biz "Şahdəniz"dən qaz tranziti üçün 1 000 000 kubmetr qaz, Rusiya qazının Ermənistana tranziti üçün orta hesabla 1,5-1,6 milyard kubmetr səviyyəsində sərf etməklə 170-200 milyon alırıq. Çatışmayan hissəni biz ARDNŞ-dən alırıq, bu isə qaz tədarüklərinin davamlılığını təmin edir. Beşillik saziş qazın qiymətlərini pozmamaqla iqtisadiyyatın tədricən inkişafını təmin edir", - Baş nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti