...

ARDNŞ və "ConocoPhilips" quruda tədqiqatlara dair saziş imzalayıblar

Energetika Materials 4 İyul 2011 17:42 (UTC +04:00)
İyulun 4-də ARDNŞ və ABŞ-ın "ConocoPhilips" şirkəti arasında "Azərbaycan Respublikasının ərazisində quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat sazişi"i imzalanıb.
ARDNŞ və "ConocoPhilips" quruda tədqiqatlara dair saziş imzalayıblar

Azərbaycan, Bakı, 4 iyul /Trend/

İyulun 4-də ARDNŞ və ABŞ-ın "ConocoPhilips" şirkəti arasında "Azərbaycan Respublikasının ərazisində quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat sazişi"i imzalanıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in məlumatında deyilir.

Sazişi ABŞ şirkətinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində ARDNŞ prezidenti Rövnəq Abdullayev və "ConocoPhilips" şirkətinin birinci vitse-prezidenti Larri Arçibald imzalayıblar.

ARDNŞ Azərbaycanın Dövlət Neft Şirkətidir. 2010-cu ildə ARDNŞ neft-qaz çıxarma müəssisələri tərəfindən 7,28 milyon ton neft və 7 milyard kubmetrdən çox qaz hasil edilib. ARDNŞ xarici tərəfdaşlarla birgə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağı kimi iri layihələrdə iştirak edir. ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qaz paylanması) müəssisəsi daxildir. ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ-ə malikdir), eləcə də Azərbaycanda, Gürcüstanda və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir.

ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti