...

Türkiyə gəmisi Aralıq dənizində neft və qaz kəşfiyyatının birinci mərhələsini başa çatdırıb

Energetika Materials 3 Oktyabr 2011 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Sentyabrın 23-də neft və qaz kəşfiyyatı aparmaq məqsədilə Kipr sahillərinə yola düşən Türkiyənin "Piri Rəis" kəşfiyyat gəmisi bu gün təxminən 1000 km radiusda işlərin birinci mərhələsini başa çatdırıb. Trend-in məlumatına görə, xəbəri Anadolu agentliyi yayıb.

Agentliyin məlumatına görə, Türkiyənin neft korporasiyası yeni koordinatlar vərərsə, "Piri Rəis" kəşfiyyatların ikinci mərhələsinə başlayacaq.

Nikosiyanın yunan və türk tərəflərinə ayrılmış adanın sahillərindəki şelfin işlənməsi üzrə fəaliyyətə başlamasından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanat verib ki, Ankara ŞKTR ilə birlikdə bir həftə ərzində Şimali Kiprin "müstəsna iqtisadi zonasında" neft və qaz kəşfiyyatına başlayacaq.

Ötən çərşənbə günü Türkiyə hökuməti və ŞKTR prezidenti Dərviş Eroğlu Nyu Yorkda neft və qaz kəşfiyyatı və hasilatı işləri aparmaq üçün şelfin sərhədi haqqında saziş imzalayıblar. İmzalama mərasimindən sonra Ərdoğan Kipr Respublikası (yunan tərəfi) ilə şelfin işlənməsində əməkdaşlıq edən şirkətlərə qarşı sanksiya tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti