...

ARDNŞ qaz ixracını artırıb

Energetika Materials 15 Oktyabr 2011 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-sentyabr aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2,07 milyard kubmetrə yaxın qaz ixrac edib. Bu göstərici 2010-cu ilin analoji dövründə 1,29 milyard kubmetr olub. Bu barədə şənbə günü Trend-ə ARDNŞ-dən məlumat verilib.

Sentyabrda ARDNŞ 175,9 milyon kubmetr qaz ixrac edib. Ötən ilin sentyabrında nəql edilən qazın həcmi isə 121 milyon kubmetr olub.

Bu gün ARDNŞ öz qazını "Qazprom" şirkəti ilə imzalanmış ortamüddətli müqavilə çərçivəsində Rusiyaya ixrac edir. Həmçinin ARDNŞ qazın bir hissəsini Gürcüstana ixrac edir.

Xəbər lenti

Xəbər lenti