Gürcüstan, Tbilisi, 18 noyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan 2012-ci ildən Azərbaycandan alınan qazın həcmini artırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Neft və Qaz Korporasiyasının baş direktoru Zurab Cancqava cümə günü jurnalistlərə deyib.
"Yeni müəssisələrin və Azərbaycanla magistral qaz kəmərinin yeni hissəsinin tikilməsindən sonra biz qaz alışını 30 faiz artırmaq niyyətindəyik", - o deyib.
Cancqava qeyd edib ki, bunu yeni reallıq - ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və "İtera-Gürcüstan" şirkətinin yardımı ilə "Hər bir ailəyə qaz" prezident proqramının və istehsal güclərinin artması tələb edir.
Korporasiyasının baş direktorunun sözlərinə görə, 2012-ci ilin əvvəlində Gürcüstanın magistral qaz kəmərinin Azərbaycana tərəf Navtluqi-Saquramo sahəsinin tikintisi qurtaracaq. Dünən Cancqava, eləcə də energetika və davamlı inkişaf nazirinin birinci müavini Mariam Valişvili tikinti işlərini "New Energy" aparan ərazidə olublar.
Cancqavanın sözlərinə görə, Navtluqi-Saquramo sahəsi "Qırmızı körpü- Saquramo" qaz kəmərinin reallaşdırılmasının üçillik reabilitasiyası çərçivəsində sonuncudur". Bu layihə Gürcüstanın qərbindəki əhaliyə Azərbaycandan qaz tədarükü həcminin artırılmasının təmin edilməsinə yönəlib.