...

MHŞT-nin tamhüquqlu üzvlərinin sayı artıb

Energetika Materials 20 Fevral 2012 17:49 (UTC +04:00)
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyəti Mavritaniya və Peruya tamhüquqlu üzv statusu verib.
MHŞT-nin tamhüquqlu üzvlərinin sayı artıb

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.İsmayılov/

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyəti Mavritaniya və Peruya tamhüquqlu üzv statusu verib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaydığı məlumatda deyilir.

Məlumata əsasən, qərar Beynəlxalq İdarə Heyətinin Susseks şəhərində (Böyük Britaniya) keçirilən 19-cu iclasında qəbul edilib.

İdarə Heyətinin növbəti iclasında MHŞT üzrə Dövlət Komissiyasının sədri, ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov iştirak edib. O, həmçinin Azərbaycanı Beynəlxlq İdarə Heyətində təmsil edir.

Qeyd edək ki, Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Xəbər lenti

Xəbər lenti