...

"Moore Stephens" Azərbaycan üçün MHŞT üzrə XV hesabat hazırlayacaq

Energetika Materials 20 Fevral 2012 18:54 (UTC +04:00)
"Moore Stephens" beynəlxalq auditor şirkəti Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsündə (MHŞT) iştirakı çərçivəsində 2011-ci ilin yekunları üzrə XV hesabat hazırlayacaq.
"Moore Stephens" Azərbaycan üçün MHŞT üzrə XV hesabat hazırlayacaq

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E. İsmayılov/

"Moore Stephens" beynəlxalq auditor şirkəti Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsündə (MHŞT) iştirakı çərçivəsində 2011-ci ilin yekunları üzrə XV hesabat hazırlayacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNF) yaydığı məlumatda deyilir.

Qərar bazar ertəsi ARDNF-də keçirilən MHŞT üzrə Çoxtərəfli Qrupun iclasında qəbul edilib.

Auditorun hasilat sənayesində işləyən şirkətlərə müraciətindən sonra onlar daxilolmalar haqqında hesabatlar təqdim etməlidirlər, auditor isə öz növbəsində şirkətlər və Azərbaycan hökumətinin daxilolmalar haqqında hesabatlarını tutuşduracaq.

Qeyd edək ki, Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub.

Xəbər lenti

Xəbər lenti