...

Azərbaycanda müasir neft-kimya laboratoriyası istismara verilir

Energetika Materials 27 İyun 2012 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni neft-kimya laboratoriyasının yaradılması ilə bağlı işləri başa çatdırır. Bu barədə çərşənbə günü Trend-ə Dövlət Komitəsindən məlumat veriblər.

Yeni laboratoriya Sumqayıt şəhərində yerləşir.

Laboratoriya ən müasir avadanlıq, texnologiya və reagentlərlə təchiz ediləcək. Laboratoriyada treninq və kurslarda biliklərini daim təkmilləşdirəcək yüksəkixtisaslı mütəxəssislər işləyəcək.

"Laboratoriyanın yaradılması üzrə işlər yekunlaşmaq ərəfəsindədir", - komitədən qeyd ediblər.

Xüsusən, laboratoriyada qara və əlvan neft məhsullarını tədqiq etmək, habelə müxtəlif növ analizlər, o cümlədən spektral analizlər aparmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti