...

ARDNŞ Avropada Azərbaycan turizm şirkətlərinin biznesinin inkişafına yardım edir

Energetika Materials 11 İyul 2012 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.İsmayIlov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Monteneqroda keçmiş hərbi bazanın yerində bir müddət əvvəl əldə etdiyi kurorta təkbaşına investisiya yatırmaq niyyətində deyil. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu layihə Azərbaycan biznesinə yardımdır.

"Azərbaycanın bir sıra turizm şirkətləri Avropa bazarına çıxmaq istəyirdi, lakin buna imkanları yox idi. ARDNŞ bu təşəbbüsü öz üzərinə götürdü və sonra icarə müqaviləsi üzrə səlahiyyətli Azərbaycan şirkətlərinə təhvil verəcək. Onlara təşkilati və hüquqi məsələlərdə yardım göstərilir. Burada məqsəd onların Avropanın turizm bazarına çıxmasına yardım etməkdir", - Abdullayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti