...

Azərbaycan neftinin qiymətləri iyulun 23-də azalıb

Energetika Materials 24 İyul 2012 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir E. İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 23-də 107,16 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiymətləri cümə gününə nisbətən 2,92 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 23-də 106,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,91 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 23-də 102,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,94 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyulun 23-də 103,85 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,97 dollar/barel azdır.

Xəbər lenti

Xəbər lenti