...

Azərbaycan Dövlət Neft Fondunun 2013-cü il üzrə büdcəsi təsdiqlənib

Energetika Materials 30 Dekabr 2012 21:12 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il üzrə büdcəsinin təsdiqlənməsi barədə fərman imzalayıb.
Azərbaycan Dövlət Neft Fondunun 2013-cü il üzrə büdcəsi təsdiqlənib

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il üzrə büdcəsinin təsdiqlənməsi barədə fərman imzalayıb.

Təsdiqlənmiş büdcəyə görə, Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin gəlirləri 11 482 040,4 min manat, xərcləri 13 403 099,4 min manat məbləğində müəyyən edilib.

Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin gəlirləri Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən 11 171 072,0 min manat məbləğində xalis gəlirlər, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən 1 833,1 min manat həcmində akrhesabı ödənişlər, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən 9 223,8 min manat həcmində gəlirlər Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən 287 448,1 min manat həcmində gəlirlər, neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən 11 963,4 min manat həcmində bonuslar və 500 min manat məbləğində digər daxilolmalar hesabına formalaşır.

Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir: Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 300 milyon manat; respublikanın 2012-ci il dövlət büdcəsinə transferi - 11 350 milyon manat; Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 107,438 milyon manat; Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi - 138 274,5 min manat; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi - 34 056 min manat, Azərbaycan Respublikasında bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi - 103 555,9 min manat, Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi - 211 950,0 min manat, Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi - 596 600,0 min manat, TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi - 86 350,0 min manat, Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi - 388 575,0 min manat.

Fondunun idarə edilməsi ilə bağlı xərclər 86 300,0 min manat səviyyəsində təsdiqlənib.

Azərbaycan Prezidentinin fərmanı ilə Dövlət Neft Fondunun 2013-cü ildə idarə edilməsi ilə bağlı xərclər smetası da təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti