...

Bakı şəhərinin qaz təchizatı yaxşılaşdırılır

Energetika Materials 18 Aprel 2013 19:54 (UTC +04:00)
Cari ilin əvvəlindən başlayaraq Bakının Xəzər rayonunun Şağan qəsəbəsi Qazmaçılar küçəsində həyətlərdən keçən yeraltı qaz xətləri küçəyə çıxarılıb və xətlərdə əsaslı təmir işləri aparılıb, 8,8 kilometr uzunluğunda qaz kəməri çəkilib.
Bakı şəhərinin qaz təchizatı yaxşılaşdırılır

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Cari ilin əvvəlindən başlayaraq Bakının Xəzər rayonunun Şağan qəsəbəsi Qazmaçılar küçəsində həyətlərdən keçən yeraltı qaz xətləri küçəyə çıxarılıb və xətlərdə əsaslı təmir işləri aparılıb, 8,8 kilometr uzunluğunda qaz kəməri çəkilib. Analoji işlər Şüvəlan qəsəbəsində də həyata keçirilib, burada 11 kilometr uzunluğunda yeni qaz kəməri çəkilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Qaradağ rayonunun Sahil qəsəbəsi Balıqçılar küçəsində təbii qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar 0,7 kilometr uzunluğunda qaz xətti çəkilib. Qızıldaş qəsəbəsində məhəllədaxili kəmərin yenidən qurulması məqsədilə 2 kilometr, Qobustan qəsəbəsi Salyan yolunun sağ və sol tərəflərində kəmərlərin yenidən qurulması üçün isə 5,32 kilometr uzunluğunda qaz kəmərləri quraşdırılıb. Ələtdəki Baş Ələt yaşayış massivində 0,78 kilometr, Səngəçal qəsəbəsində Əzimkənd və ''Bağ evləri'' ərazisində yeni salınmış yaşayış massivlərinin qazlaşdırılması məqsədilə 3,74 kilometr, Korgöz və "AZNS" qəsəbələri ərazilərində qaz xətlərinin yenidən qurulması, eləcə də yeni salınmış yaşayış massivlərinin qazlaşdırılması üçün isə 3,98 kilometr uzunluğunda qaz kəmərləri quraşdırılıb.

Nizami rayonunda da qazlaşdırma işləri uğurla davam etdirilir. Belə ki, 8-ci kilometr qəsəbəsində qаz kəmərlərinin, o cümlədən ''8-ci km əlavə'' qaz kəmərinin yеnidən qurulmаsı və 4085-ci məhəllədən keçən müxtəlif diametrli qaz kəmərlərinin təmiri məqsədilə mühüm tədbirlər həyata keçirilib, ümumi uzunluğu 1,77 kilometr olan qaz kəmərləri quraşdırılıb.

Bakının Sabunçu rayonu Yeni Ramana və Ramana qəsəbələrində yeni yaşayış sahələrinin qazlaşdırılması, qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz xətlərinin yenidən qurulması üçün 47,01 kilometr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib. Balaxanı qəsəbəsində qaz kəmərinin və məhəllədaxili qaz kəmərlərinin yenidən qurulması məqsədilə 0,32 kilometr qaz xətləri quraşdırılıb. Nardaran qəsəbəsində, o cümlədən Ləyiş bağlarının qaz kəmərlərinin yenidən qurulması üçün 30,78 kilometr yeni qaz xətləri çəkilib. Bakıxanov qəsəbəsində 6,81 km uzunluğunda müxtəlif diametrli qaz kəmərləri quraşdırılıb. Sabunçu və Savalan qəsəbələrinin qaz təchizatının yaxşılaşdırılması üçün 19,31 kilometr qaz kəmərləri çəkilib.

Səbail rayonu Bayıl qəsəbəsi Buxta küçəsində 0,37 kilometrlik qaz xətti əsaslı təmir edilib.

Suraxanı rayonu, Bülbülə qəsəbəsində məhəllədaxili qaz kəmərləri yenidən qurulub, 16,56 kilometr uzunluğunda yeni qaz xətti çəkilib, "Altun" yaşayış sahəsi və ətraf küçələrdə qaz kəmərləri əsaslı təmir edilərək 2,96 kilometr uzunluğunda yeni qaz kəməri çəkilib.

Yasamal rayonu, M.Rahim küçəsindəki aşağı təzyiqli qaz kəmərlərinin yenidən qurulması məqsədilə 0,49 kilometr uzunluğunda qaz xətləri çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti