...

DB: Azərbaycanın ekoloji layihələri ölkənin enerji sektorunu gələcək nəsillərin maraqları nəzərə alınmaqla formalaşdırmağa imkan verir

Energetika Materials 4 Noyabr 2013 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın GGFR (səmt qazının yandırılmasının azalması üzrə tərəfdaşlıq) ilə əməkdaşlıq çərçivəsində səyləri və digər ekoloji layihələr ölkənin enerji sektorunun gələcək nəsillərin maraqları və ətraf mühitin mühafizəsi nəzərə alınmaqla formalaşdırılmasına imkan verəcək.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dünya Bankının (DB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko Bakıda keçirilən Beynəlxalq ekologiya konfransında deyib.

Onun sözlərinə görə, ARDNŞ-nin 2008-ci ildən etibarən GGFR çərçivəsində fəal səyləri ölkədə səmt qazının məşəllərdə yandırılmasının və tullantıların həcminin azaldılması sahəsində ciddi nəticələr əldə etməyə imkan verib.

DB nümayəndəliyinin rəhbəri qeyd edib ki, səmt qazlarının yandırılması və tullantıların dünya həcmləri ABŞ-da istehlak olunan qazın ümumi həcminin 25 faizini, Avropada 30 faizini, Rusiyada isə qaz ixracının təqribən 70 faizini təşkil edir.

Müvafiq olaraq, bu göstəricilərin azaldılması ekoloji vəziyyəti yaxşılaşdırmaqla yanaşı, iqtisadi faydalılıq gətirə bilər.

L.Leşenko bildirib ki, perspektivdə qaz alternativ və ənənəvi enerji mənbələri arasında körpü rolunu oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti