...

Magistral qaz kəmərində baş vermiş qəza aradan qaldırılıb, bir saat ərzində Bakıya fasiləsiz qaz təchizatı bərpa olunacaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 1 Fevral 2014 13:50 (UTC +04:00)
Bakıda fasiləsiz qaz təchizatı 2-3 saat ərzində bərpa ediləcək. Bunu şənbə günü Trend-ə Azərbaycan Respublikası Dövlət Şirkətindən (ARDNŞ) deyiblər.
Magistral qaz kəmərində baş vermiş qəza aradan qaldırılıb, bir saat ərzində Bakıya fasiləsiz qaz təchizatı bərpa olunacaq (ƏLAVƏ OLUNUB)

ARDNŞ-nin rəsmi məlumatı əlavə olunub (ilk xəbər saat 12:34-də yayılıb)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Əliyev/

Bakıda fasiləsiz qaz təchizatı 2-3 saat ərzində bərpa ediləcək. Bunu şənbə günü Trend-ə Azərbaycan Respublikası Dövlət Şirkətindən (ARDNŞ) deyiblər.

Şirkətdən bildiriblər ki, magistral qaz kəmərində yaranmış problemin aradan qaldırılması üzrə işlər aparılır: "Azəriqaz" İstehalat Birliyinin rəhbərliyi vəziyyəti nəzarətdə saxlamaq üçün şəxsən işlərin görüldüyü ərazidədir".

ARDNŞ-nin bu gün yaydığı məlumatda deyilir ki, "Digah - Böyük-Şor" magistral qaz kəmərində baş vermiş qəza artıq aradan qaldırılıb:

"Xəbər verildiyi kimi, "Digah - Böyük-Şor" magistral qaz kəmərində baş vermiş sızma ilə əlaqədar fevralın 1-i səhər saatlarından Bakının Nərimanov, Nizami, Sabunçu, Xətai və Binəqədi rayonlarına qazın verilişində məhdudiyyət qoyulub. Havaların soyuması ilə əlaqədar ARDNŞ-də yaradılmış operativ qərargahın rəhbərliyi ilə "Azəriqaz" İB və Qaz İxrac idarələrinin təmirçiləri çevik şəkildə səfərbər olunub, onların gərgin əməyi nəticəsində artıq "Digah - Böyük-Şor" magistral qaz kəmərində baş vermiş qəza aradan qaldırılıb. Yaxın bir saat ərzində həmin rayonlara qazın məhdudiyyətsiz verilişi bərpa olunacaq".

Qeyd edək ki, Bakının bəzi ərazilərində təbii qaz problemi olacaq.

Belə ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən öncə Trend-ə daxil olan məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar fevral 1-də saat 10:00-dan Nərimanov və Nizami rayonlarının, Binəqədi, Sabunçu, Nəsimi və Xətai rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti