...

Taner Yıldız: Türkiyənin İrana qarşı iddiası üzrə məhkəmə araşdırması ilin sonuna kimi uzanacaq

Energetika Materials 6 Mart 2014 12:35 (UTC +04:00)
Türkiyənin İrandan ixrac olunan qazın qiyməti ilə bağlı İslam Respublikasına qarşı iddiası üzrə Beynəlxalq Arbitraj Məhkəməsində proses ilin sonunadək uzanacaq.
Taner Yıldız: Türkiyənin İrana qarşı iddiası üzrə məhkəmə araşdırması ilin sonuna kimi uzanacaq

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin İrandan ixrac olunan qazın qiyməti ilə bağlı İslam Respublikasına qarşı iddiası üzrə Beynəlxalq Arbitraj Məhkəməsində proses ilin sonunadək uzanacaq. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri cümə axşamı Türkiyənin "Sabah" qəzeti yazıb.

Onun sözlərinə görə, rəsmi Ankara İran tərəfindən Türkiyəyə qaz ixracının müqavilə üzrə həcmlərə uyğun təmin olunmaması barədə ikinci dəfə Arbitraj Məhkəməsinə müraciət edib. T.Yıldız qeyd edib ki, məhkəmə bu məsələyə ayrıca baxacaq.

Nazir onu da əlavə edib ki, İranın qaza görə təklif etdiyi qiymətlər Türkiyəni qane etmir və qüvvədə olan tariflərlə İrandan idxal olunan qazın həcmlərinin artırılması aktual deyil.

2012-ci ilin martında Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə İran qazının qiyməti məsələsi ilə bağlı müraciət edib.

İrandan Türkiyəyə hər il 10 milyard kubmetr qazın tədarükü haqında saziş 1996-cı ildə imzalanıb.

Qazın qiymətləri rəsmən açıqlanmasa da, Türkiyə KİV-in məlumatına görə, ölkə İran qazının hər min kubmetri üçün 490 dollar ödəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti