...

2017-ci ildə "Şahdəniz-2" çərçivəsində iri podrat layihələrindən birində tikinti başa çatacaq

Energetika Materials 14 İyul 2014 17:45 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorunda "Şahdəniz-2" qaz-kondensat yatağının işlənməsinin 2-ci mərhələsinin reallaşdırılması çərçivəsində iki platformanın üst modullarının tikintisi işləri 2017-ci ilin yayında başa çatacaq.
2017-ci ildə "Şahdəniz-2" çərçivəsində iri podrat layihələrindən birində tikinti başa çatacaq

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Emil İsmayılov/

Xəzərin Azərbaycan sektorunda "Şahdəniz-2" qaz-kondensat yatağının işlənməsinin 2-ci mərhələsinin reallaşdırılması çərçivəsində iki platformanın üst modullarının tikintisi işləri 2017-ci ilin yayında başa çatacaq. Bu barədə cümə günü Trend-ə neft-qaz bazarındakı mənbə bildirib.

Platformalar üçün üst modulların tikintisi "AMEC-Tekfen-Azfen" (ATA) konsorsiumu tərəfindən həyata keçirilir. Konsorsium ötən il "Qərbi Çıraq" platformasının üst tikilisinin tikintisini başa çatdırıb.

Mənbənin sözlərinə görə, ümumilikdə tikinti və sınaq işlərinin başa çatdırılmasından sonra platformaların üst modullarının çatdırılması, quraşdırılması, installyasiyası və işə salınması işləri 2018-ci ildə başa çatacaq.

Mənbə bildirib ki, hazırda əlavə iş qüvvəsinin cəlb edilməsi ilə bağlı layihə çərçivəsində yeni sexlərin tikintisini və mövcud olanların genişləndirilməsini, əlavə enerji güclərinin yaradılmasını və digər işləri nəzərdə tutan ATA-nın istehsal sahələrinin genişləndirilməsi işləri başa çatdırılır.

Onun sözlərinə görə, artıq 80 faiz yerinə yetirilmiş istehsal sahələrinin genişləndirilməsi üzrə işlərlə yanaşı modulların tikintisi və bir sıra xırda elementlərin sökülməsi üçün zəruri olan detalların istehsalı üzrə işlər aparılır.

Mənbə qeyd edib: "İşlər nəzərdə tutulan müddətdən 3 ay əvvəl [apreldə] başlayıb, lakin iyulun 16-dan bu layihə çərçivəsində tikinti işlərinə [üst modulların tikintisi] rəsmi start veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti