...

Taner Yıldız: Arbitraj məhkəməsinin qərarı İran-Türkiyə münasibətlərinə təsir etməyəcək

Energetika Materials 15 Oktyabr 2014 18:19 (UTC +04:00)
Arbitraj məhkəməsinin qərarı İran-Türkiyə münasibətlərinə təsir etməyəcək.
Taner Yıldız: Arbitraj məhkəməsinin qərarı İran-Türkiyə münasibətlərinə təsir etməyəcək

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Arbitraj məhkəməsinin qərarı İran-Türkiyə münasibətlərinə təsir etməyəcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, Ankara və Tehran cari ilin sonunadək İranın Türkiyəyə tədarük etdiyi qazın qiyməti üzrə razılığa gələcəklər.

T.Yıldız qeyd edib ki, Ankara məhkəmənin ədalətli qərar verəcəyinə ümid edir.

Xatırladaq ki, 2012-ci ilin martında Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə İran qazının qiyməti məsələsi ilə bağlı müraciət etmişdi.

İrandan Türkiyəyə hər il 10 milyard kubmetr qaz tədarükü haqında saziş 1996-cı ildə imzalanıb.

Qazın qiymətləri rəsmən açıqlanmasa da, Türkiyə KİV-in məlumatına görə, ölkə İran qazının hər min kubmetri üçün 490 dollar ödəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti