Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Emil İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "GAIL (India) Limited" maye qazın istehsalı, alışı və nəqli sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.
Trend-in Hindistanın aparıcı qaz şirkəti olan GAIL-in saytına istinadən verdiyi məlumata görə, memorandum qeyd edilən sahələrdə layihələrin irəliləməsini də nəzərdə tutur.
Məlumatda qeyd edilir ki, memoranduma uyğun olaraq, tərəflər neft-kimya layihələrinə birgə investisiya yatırılması imkanını da nəzərdən keçirəcəklər.