...

Yunanıstan SOCAR-a DESFA üzrə sövdələşmənin yeni şərtlərini təqdim edib

Energetika Materials 1 May 2015 15:13 (UTC +04:00)
Yunanıstan hökuməti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) ölkənin DESFA qaz operatorunda 49 faizlik payın satışı imkanlarını nəzərdən keçirir.
Yunanıstan SOCAR-a DESFA üzrə sövdələşmənin yeni şərtlərini təqdim edib

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Yelena Kosolapova/

Yunanıstan hökuməti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) ölkənin DESFA qaz operatorunda 49 faizlik payın satışı imkanlarını nəzərdən keçirir. Bu barədə Trend "Bloomberg"ə istinadən məlumat verir.

Yunanıstan Energetika Nazirliyi və DESFA şirkətindən şərh almaq hələ mümkün olmayıb.

Qeyd edək ki, SOCAR 2013-cü ilin dekabrında DESFA-nın səhmlərinin 66 faizinin (400 milyon avro dəyərində) əldə edilməsi üzrə tenderin qalibi olub. Mövcud şərtlərə əsasən, qalan hissə Yunanıstana məxsus olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti