...

Azərbaycanın iri enerji layihəsi çərçivəsində profilaktika olacaq

Energetika Materials 9 May 2015 22:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir Maksim Tsurkov/

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinin operatoru olan BP şirkəti mayın sonunda planlı profilaktik işlərin aparılması üçün "Qərbi Azəri" platformasının işini dayandırmağı planlaşdırır. Bunu Trend-ə şirkətdən deyiblər.

Şirkətdən qeyd ediblər ki, ilin əvvəlində təsdiq edilmiş plana uyğun olaraq, platformada profilaktik işlər mayın sonunda başlayacaq.

BP 2015-ci ildə "Qərbi Azəri" və "Çıraq" platformalarını planlı texniki işlər üçün müxtəlif vaxtlarda dayandırmağı planlaşdırır.

Şirkətdən bildiriblər ki, planlı profilaktik işlər blokda hasilat həcminə cüzi təsir edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti