...

SOCAR "Petkim"in səhmlərinin bir hissəsini satır

Energetika Materials 5 İyun 2015 14:37 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Petkim" neft-kimya kompleksinin fond birjasındakı sərbəst tədavüldə olan səhmlər paketinin 3,4 faizini Beynəlxalq İnvestisiya Fonduna satır.
SOCAR "Petkim"in səhmlərinin bir hissəsini satır

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Petkim" neft-kimya kompleksinin fond birjasındakı sərbəst tədavüldə olan səhmlər paketinin 3,4 faizini Beynəlxalq İnvestisiya Fonduna satır.

Bu barədə Trend Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuoyunu Aydınlatma Platformu - KAP) istinadən məlumat verir.

Səhmlərin İstanbul birjası vasitəsilə satışının vasitəçisi qismində "Ünlü&Co" çıxış edir.

Qeyd edək ki, SOCAR "Petkim"də 61,32 faiz iştirak payına malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti