...

SOCAR: Yaxın 2 ildə neftin 1 barelinin qiyməti 65-75 dollar olacaq

Energetika Materials 22 İyul 2015 14:49
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) şirkəti yaxın 2 ildə 1 barel neftin qiymətinin 65-75 dollar civarında dəyişəcəyini gözləyir.
SOCAR: Yaxın 2 ildə neftin 1 barelinin qiyməti 65-75 dollar olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Azad Həsənli/

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) şirkəti yaxın 2 ildə 1 barel neftin qiymətinin 65-75 dollar civarında dəyişəcəyini gözləyir.

Trend-in məlumatına əsasən, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev bildirib ki, neftin qiyməti iqtisadi səbəblərdən daha çox, siyasi amillərdən asılıdır: "Müəyyən səviyyə var ki, neftin qiyməti o səviyyədən aşağı düşə bilməz. Dünyada hasil olan neftin böyük hissəsinin 1 barelinin maya dəyəri 50 dolları üstələyir. Ona görə neftin dəyərinin bu səviyyədən aşağı düşməsi ixracatçı ölkələr üçün problem yaradır. Məsələn, ABŞ-da şist qazının hasilat tempi 50 faiz aşağı düşüb. Bu da neftin 1 barelinin maya dəyərinin qiymətinin 60 dollardan aşağı düşməsi zamanı onlara problem yaradır".

SOCAR prezidenti qeyd edib ki, Azərbaycan neftinin maya dəyəri aşağıdır, ona görə belə aşağı qiymətlər bizə problem yaratmayacaq.

R.Abdullayev əlavə edib ki, Azərbaycan üçün 1 barel neftin qiymətinin 70 dollardan çox olması daha yaxşı haldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti