...

SOCAR Avstriya şirkəti ilə bir sıra sazişlər imzalayacaq

Energetika Materials 4 Oktyabr 2015 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

SOCAR Avstriyanın "Poerner GmbH" şirkəti ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) bitum qurğusunun tikintisi üzrə üç saziş imzalayacaq. Bunu Trend-ə SOCAR-dakı mənbə deyib.

Onun sözlərinə görə, "Poerner" NEZ-də yeni bitum qurğusunun tikintisinin baza layihələndirilməsi üzrə işə başlayıb: "Şirkətlə üç sənəd - mühəndis, lisenziya və zəmanət sazişləri imzalanacaq".

Mənbə qeyd edib ki, sazişi yaxın vaxtlarda imzalamaq planlaşdırılır, lakin onun ümumi məbləğini açıqlamayıb.

Yeni bitum qurğusunun gücü ildə 400 min ton olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti