...

"Qərbi Abşeron"da yeni özül tikilir

Energetika Materials 24 Noyabr 2015 18:02 (UTC +04:00)
“Qərbi Abşeron” yatağında yeni özül tikilir.
"Qərbi Abşeron"da yeni özül tikilir

Bakı. Trend:

SOCAR-ın "Neftqaztikinti" Tresti "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Qərbi Abşeron" yatağında ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında yeni 54 saylı stasionar dəniz özülünün tikintisi uğurla davam etdirilir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özülün 4 dayaq bloku, 2 aralıq seksiyası "Zığ" istehsalat sahəsində, qalan 5 dayaq bloku və 7 ədəd aralıq seksiyası isə "BOS Şelf" MMC-də hazırlanıb. Blokların dənizə nəql edilərək layihə nöqtəsində quraşdırılması üçün hazırlıq işləri aparılır.

Dənizdə tikinti-quraşdırma işlərinə cari ilin sonunda başlanılması gözlənilir. Özüldə 3480 kvadrat metrlik istehsalat və 600 kvadrat metrlik yaşayış sahələrinin quraşdırılması nəzərdə tutulur. Yaşayış sahəsi istehsalat sahəsi ilə hər birinin uzunluğu 45 metr olan 2 piyada körpüsü ilə birləşdiriləcək. Özül 7 yanalma və 4 minik meydançası, yaşayış bloku, müasir qazma qurğusu, avtomatik idarəetmə sistemi, bioloji təmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz olunacaq. Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.

Qeyd edək ki, dənizin 13,5 metr dərinliyində yerləşdiriləcək özüldən qazılacaq quyuların hər birindən sutkada 70 ton neft hasil ediləcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti