...

"Günəşli"dəki quyudan sutkalıq 15 ton neft hasil olunacaq

Energetika Materials 23 Fevral 2016 15:49 (UTC +04:00)
“Günəşli” yatağındakı 6 nömrəli dərin dəniz özülündə 152 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli"dəki quyudan sutkalıq 15 ton neft hasil olunacaq

Bakı. Trend:

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 6 nömrəli dərin dəniz özülündə 152 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2845-2761 metr intervaldan sutkalıq 15 ton neft və 90 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti