...

Növbə bu rayonlara çatdı

Energetika Materials 23 Fevral 2016 17:12
Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Növbə bu rayonlara çatdı

Trend-i buradan izləyin

Bakı. Trend:

Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 24-də saat 09:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Masazır", saat 09:00-dan 13:00-dək isə Ağdaş magistral qaz kəmərləri sahəsinin "Xaldan" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Masazır qəsəbəsinin, həmçinin Yevlax rayonunun Xaldan və Qarxun, Ağdaş rayonunun Qəribli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti