...

“Neft Daşları”nda yeni quyu istismara verilib

Energetika Materials 1 Mart 2016 12:59 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2603 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Neft Daşları”nda yeni quyu istismara verilib

Bakı. Trend:

"Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2603 nömrəli quyu qazmadan sonra istismara verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2557-2565 metr intervaldan sutkalıq 30 ton neft və 16000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti