...

SOCAR Türkiyədə YDM-lər almaqda maraqlıdır (ƏLAVƏ OLUNUB)

Energetika Materials 2 Aprel 2016 14:05 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:37-də yayılıb)

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR Türkiyədə Avstriyanın OMV neft-qaz şirkətinin avtomobil yanacaqdoldurma məntəqələrinin (YDM) aktivlərini almaqda maraqlıdır.

Bunu Trend-in müxbirinin sualını cavablandırarkən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, bu məsələ OMV-nin təklif və şərtlərindən asılıdır: "OMV Türkiyədəki yanacaqdoldurma məntəqələrinin satışını elan edib və biz bu məsələdə maraqlıyıq. Lakin hər şey bu sövdələşmənin şərtlərinin nə qədər sərfəli olacağından asılıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti