...

Azərbaycanda SOCAR brendi altında 20-ci yanacaqdoldurma məntəqəsi açıldı (FOTO)

Energetika Materials 12 May 2016 16:43 (UTC +04:00)
Azərbaycanda SOCAR brendi altında 20-ci yanacaqdoldurma məntəqəsinin açılışı olub.
Azərbaycanda SOCAR brendi altında 20-ci yanacaqdoldurma məntəqəsi açıldı (FOTO)

Bakı. Trend:

Mayın 12-də Bakıda, Ziya Bünyadov prospektində SOCAR brendi altında sayca 20-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.

Trend şirkətin saytına istinadən məlumat verir ki, tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, "SOCAR PETROLEUM" QSC-nin baş direktoru Toğrul Seyidov, digər rəhbər işçilər və qonaqlar iştirak ediblər. R.Abdullayev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən rəmzi lenti kəsdikdən sonra ''SOCAR PETROLEUM'' QSC-nin baş direktoru T.Seyidov tədbir iştirakçılarını məntəqədə yaradılan şəraitlə, YDM-in strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış edib. Bildirilib ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, "ASAN" ödəniş terminalı, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar və avtomatika sistemi quraşdırılıb.

Tədbirin sonunda R.Abdullayev "SOCAR PETROLEUM" QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, məntəqənin əməkdaşlarına uğurlar arzulayıb. SOCAR prezidenti YDM əməkdaşlarının qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklərinə, onlara göstərilən etimadı doğruldacaqlarına əmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti