...

“Astara” ES-də iyulda 12,5 milyon kilovatsaatdan artıq enerji istehsal edilib

Energetika Materials 24 Avqust 2016 14:08 (UTC +04:00)
“Astara” Elektrik Stansiyasında (ES) iyul ayında 12,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
“Astara” ES-də iyulda 12,5 milyon kilovatsaatdan artıq enerji istehsal edilib

Bakı. Trend:

“Astara” Elektrik Stansiyasında (ES)  iyul ayında 12,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

Bu barədə Trend-ə  “Azərenerji” ASC-nin  mətbuat xidmətindən məlumat verilib.

Stansiya fəaliyyətə başladığı dövrdən indiyə kimi, o cümlədən bu ilin 7 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq cənub bölgəsinin fasiləsiz elektrik enerjisi ilə təminatında mühüm rol oynayıb. İlin ilk 7 ayı ərzində stansiyada 98,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, ümumi gücü  87 MVt olan  “Astara” elektrik  stansiyası 10 aqreqatdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti