...

“Ələt-dəniz” yatağında quyu əsaslı təmirdən sonra istismara verildi

Energetika Materials 4 Oktyabr 2016 11:21 (UTC +04:00)
"Ələt-dəniz” yatağındakı 9 saylı stasionar dəniz özülündə aparılan bərpa işlərindən sonra hidrotexniki qurğuların qəzalı vəziyyətinə görə fəaliyyətsiz fondda olan 54 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
“Ələt-dəniz” yatağında quyu əsaslı təmirdən sonra istismara verildi

Bakı. Trend:

“Azneft” İstehsalat Birliyi hasilatın sabit saxlanılması və artırılması üçün görülən işləri uğurla davam etdirir, işlənmədə olan yataqlardakı köhnəlmiş hidrotexniki qurğuların yenilənməsi, təmiri istiqamətində mühüm tədbirlər həyata keçirir. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, “Ələt-dəniz” yatağındakı 9 saylı stasionar dəniz özülündə aparılan bərpa işlərindən sonra hidrotexniki qurğuların qəzalı vəziyyətinə görə fəaliyyətsiz fondda olan 54 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4200-4194 metr intervaldan gündəlik 12 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti