...

“Günəşli” yatağında yeni quyu istismara verildi

Energetika Materials 17 Oktyabr 2016 17:20 (UTC +04:00)
“Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündən 318 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Günəşli” yatağında yeni quyu istismara verildi

Bakı. Trend:

“Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündən 318 nömrəli quyu qazmadan sonra istismara verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Fasilə Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 2816-2778 metr intervaldan sutkalıq 63 ton neft və 9000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti