...

''Qərbi Abşeron'' yatağında yeni quyu istismara verildi

Energetika Materials 17 Noyabr 2016 15:48 (UTC +04:00)
“Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən horizontal qazmadan sonra 23 nömrəli quyu istismara verilib.
''Qərbi Abşeron'' yatağında yeni quyu istismara verildi

Bakı. Trend:

“Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən horizontal qazmadan sonra 23 nömrəli quyu istismara verilib.

Trend-in SOCAR-a istinadən verdiyi məlumata görə, quyu məhsuldar qat çöküntülərinin qirməki lay dəstəsindən dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə 767-648 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti