...

"Azneft" İB üzrə qaz hasilatı artırılıb

Energetika Materials 22 Noyabr 2016 14:54 (UTC +04:00)
"Azneft" İstehsalat Birliyinin qaz-kompressor təsərrüfatı yenilənir.
"Azneft" İB üzrə qaz hasilatı artırılıb

Bakı. Trend:

“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarələrdə qaz-kompressor təsərrüfatının təkmilləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ötən ay ərzində görülən işlər nəticəsində platformalarda baş verə biləcək qəza ehtimallarının qarşısının alınması, texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə “Çıraq-1” platformasından “28 May” NQÇİ-yə nəql olunan qaz xətti üzərində 400 millimetr ölçüdə əks klapan quraşdırılıb.

Respublika ərazisində istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təmin olunması məqsədilə “28 May” NQÇİ-nin Zirə sahəsində istismar olunan seperasiya sistemi yeniləşdirilib, seperatorlar əvəzlənib, onların maye çıxışları avtomatik tənzimləyicilərlə təchiz edilib, siyirtmələr dəyişdirilib, qaz ölçü qovşaqları təftiş olunub və şama gələn xətt yenisi ilə dəyişdirilib.

“28 May” NQÇİ-nin Neft Daşları sahəsində yerləşən 2 saylı sıxıcı kompressor stansiyasında istismar olunan yüksək məhsuldarlıqlı qazturbin mühərrikli kompressor qurğularının fasiləsiz və təhlükəsiz iş rejimini təmin etmək məqsədilə iş saatını başa vurmuş 2 ədəd qaz-turbinin istehsalçı zavoda əsaslı təmirə göndərilməsi təmin edilib.

Quyularda aparılan təmir-bərpa işləri nəticəsində “Azneft” İstehsalat Birliyi üzrə qaz hasilatı cari ilin oktyabr ayı ərzində 19 milyon 479 min kubmetr artırılaraq 447 milyon 964 min kubmetrə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti