Bakı. Fikrət Doluxanov - Trend:
“Özbəkneftqaz” SC, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP “Özbəkistan Respublikasında yataqların birgə kəşfiyyatı və işlənməsi imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu” və “Özbəkistanın “Özbəkneftqaz”ın investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu” imzalayıb.
Trend-in məlumatına görə, imzalanma mərasimi Daşkənddə keçirilən “Özbəkistanın neft və qazı-OGU 2018” beynəlxalq sərgisi çərçivəsində baş tutub.
Xatırladaq ki, 2017-ci ilin iyun ayında SOCAR və "Özbəkneftqaz" Özbəkistanda, Azərbaycanda, eləcə də üçüncü ölkələrdə birgə neft-qaz əməliyyatlarının keçirilməsi üzrə strateji razılaşma əldə ediblər.