...

Avropa Yenidənqurma və İnkişaf Bankı TAP layihəsi üçün böyük məbləğdə kredit təsdiq etdi - 500 milyon avro

Energetika Materials 4 İyul 2018 16:50 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Transadriatik qaz kəməri layihəsinə (TAP) 500 milyon avro həcmində krediti təsdiq edib.
Avropa Yenidənqurma və İnkişaf Bankı TAP layihəsi üçün böyük məbləğdə kredit təsdiq etdi - 500 milyon avro

Bakı. Ənvər Məmmədov - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Transadriatik qaz kəməri layihəsinə (TAP) 500 milyon avro həcmində krediti təsdiq edib.

Trend-in məlumatına görə, kreditin təsdiqlənməsi barədə bank xəbər verib.

Qeyd edək ki, Avropa İttifaqı üçün strateji əhəmiyyətli layihə olan TAP artıq Avropa İnvestisiya Bankından 1,5 milyard avro həcmində kredit cəlb edib. Bank bu kreditin ayrılmasına 2018-ci ilin fevralında razılıq verib.

Qeyd edək ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

Cənub Qaz Dəhlizinə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.

Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti