...

DB TANAP-ın maliyyələşməsi üçün 1,1 milyard dollar həcmində zəmanət verdi (YENİLƏNİB)

Energetika Materials 13 İyul 2018 10:49 (UTC +04:00)
Dünya Bankının (DB) qrupuna daxil olan İnvestisiya Təminatları üzrə çoxtərəfli agentlik (MIGA) Transanadolu qaz kəməri (TANAP) layihəsinə dəstək məqsədilə 1,1 milyard dollar həcmində zəmanət verib.
DB TANAP-ın maliyyələşməsi üçün 1,1 milyard dollar həcmində zəmanət verdi (YENİLƏNİB)

Bakı. Trend:

Dünya Bankının (DB) qrupuna daxil olan İnvestisiya Təminatları üzrə çoxtərəfli agentlik (MIGA) Transanadolu qaz kəməri (TANAP) layihəsinə dəstək məqsədilə 1,1 milyard dollar həcmində zəmanət verib.

Trend-in məlumatına görə, bu barədə MIGA-nın yaydığı bəyanatda qeyd olunub.

Bildirilir ki, 5 illik zəmanət "Cənub Qaz Dəhlizi" üçün "AKA Bank", "Citi", "Crédit Agricole CIB", "ING", "LBBW", "Santander и Société Générale"in kreditləri üçün verilib.

MIGA-nın vitse-prezidenti Keyko Honda bildirib ki, bu zəmanət Azərbaycanın “Cənub Qaz Dəhlizi” QSC-nin kreditlər üzrə ödəmə öhdəliklərinə suveren zəmanəti icra etmədiyi təqdirdə müdafiəni təmin edəcək.

Öz növbəsində “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev qeyd edib ki, bu saziş həm MIGA, həm də Azərbaycan üçün vacibdir, çünki bu, tərəflər arasında imzalanmış ilk sazişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti