...

Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşdı

Energetika Materials 25 Oktyabr 2018 23:30 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 78,06 dollar/barel təşkil edib
Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşdı

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 78,06 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,4 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 24-də 73,54 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 24-də 77,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,53 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti