...

SOCAR: TAP-ın istismara verilməsi cədvəli ilə bağlı dəyişikliklər yoxdur

Energetika Materials 8 Oktyabr 2020 19:24 (UTC +04:00)
SOCAR: TAP-ın istismara verilməsi cədvəli ilə bağlı dəyişikliklər yoxdur

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin eskalasiyası və Ermənistan qoşunlarının oktyabrın 6-da Azərbaycanın boru kəmərləri infrastrukturuna zərbə endirmək cəhdi Trans-Adriatik boru kəmərinin (TAP) istifadəyə verilməsi cədvəlinə təsir göstərməyib.

Trend-in məlumatına görə, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, bütün mümkün ssenarilər nəzərdən keçirilib və yeni hücum halında ziyanın qarşısını almaq və ya azaltmaq üçün bütün zəruri tədbirlər görülüb:

“Hələlik, TAP-ın istismara verilməsi, planlaşdırılan ixrac həcmi ilə bağlı hər hansı bir dəyişiklik yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti